
Bakı. Trend:
Sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun
mənfəətliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2024-ci
ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin birinci
yarımilliyində sığorta sektorunun xalis mənfəəti 17% (17 milyon
manat) azalaraq 81 milyon manat olub.
Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə
mənfəətlilik 14 milyon manat azalaraq 42 milyon manat, həyat
sığorta şirkətləri üzrə mənfəətlilik isə 2 milyon manat azalaraq 39
milyon manat olub.
Sığorta sektorunun zərərlilik dərəcəsi 7 faiz bəndi artıb.
2025-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nəzərən
sığorta sektorunun zərərlilik dərəcəsi 7 faiz bəndi artaraq 85%
olub.
Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində
zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik
dərəcəsinin artmasına təsir edib. 2025-ci ilin yarimilinə bazar
payı 25% olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 9 faiz bəndi
artaraq 80%, xərc əmsalı 3 faiz bəndi azalaraq 29%, yekun
zərərlilik dərəcəsi isə 6 faiz bəndi artaraq 109% olub.


