
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “İnnovasiya
Könüllüləri” İctimai Birliyi, ABA Klinika və Azərbaycan Robotexnika
Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə “Hər uşaq bir
dünyadır!” adlı maarifləndirici tədbir keçirilib. Məqsəd inklüziv
təhsil imkanlarını genişləndirmək, ictimai maarifləndirməni
gücləndirməkdir.
Tədbir çərçivəsində AREA Akademiyasının stendində robotexnika
sərgisi təqdim edilib, iştirakçılara texnologiya və yeniliklər
barədə əyani məlumat verilib. ABA Klinikanın əməkdaşları isə
inklüziv təhsil və psixoloji dəstək mövzusunda maarifləndirici
təlim keçirib, iştirakçılara nəzəri və praktiki məlumatlar təqdim
ediblər.
Maarifləndirici tədbir iştirakçıların həm nəzəri biliklərini
artırmağa, həm də inklüziv dəyərləri praktik şəkildə öyrənmələrinə
xidmət edib.


