Ağacların qanunsuz kəsilməsi ilə yaşıllıqlara 151 100 manat məbləğində ziyan dəyib

Baş səhifə

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,
Sumqayıt şəhərləri və Ağstafa rayonunun inzibati ərazisində
yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Trend
xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
məlumat yayıb.




Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu
Şərifzadə küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqаyıt
şəhəri 11-ci mikrorayon, Ağstafa rayonu Böyükkəsik və Kolxəlifəli
kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində
yaşıllıqlara 151 100 manat məbləğində ziyan dəydiyi müəyyən
edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün
hazırlanır.