Azərbaycandan Çexiyaya pul köçürmələrinin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk altı ayında Azərbaycandan olan fiziki şəxslərin
Çexiyaya etdiyi pul köçürmələrinin həcmi 2,134 milyon ABŞ dolları
təşkil edib.

Trend Azərbaycan
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin
analoji dövrü ilə müqayisədə 253 min dollar və ya 13,5 faiz
çoxdur.

Hesabat dövrü ərzində Azərbaycandan ölkə xaricində edilən pul
köçürmələrinin ümumi həcmində Çexiyanın payı 0,9 faiz təşkil
edir.




2024-cü ilin ilk yarım ilində Azərbaycandan Çexiyaya edilən pul
köçürmələrinin həcmi 1,881 milyon dollar təşkil edib.

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycandan olan fiziki
şəxslər ölkə xaricinə ümumilikdə 238,2 milyon dollar məbləğində pul
köçürüblər ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4
milyon dollar və ya 8,2 faiz azdır.

Əcnəbi şəxslərin Azərbaycana etdiyi pul köçürmələrinin məbləği
533,957 milyon dollar təşkil edib., bu isə 2024-cü ilin ilk yarım
ili ilə müqayisədə 33,847 milyon dollar və ya 6 faiz azdır.