
Bakı. Trend:
Paytaxtın Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət
edərək 500 manat dəyərində motosikletinin naməlum şəraitdə
oğurlanmasını bildirib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 46 yaşlı Q.Məmmədov
müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhərində isə 800 manat dəyərində skuteri oğurlamaqda
şübhəli bilinən 34 yaşlı R.Abdullayev də polis əməkdaşları
tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.


