Qazaxıstan Aktau-Bakı-Ceyhanı neft nəqli üçün strateji marşrut hesab edir

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün
strateji istiqamət kimi nəzərdən keçirir.

Trend Qazaxıstanın
Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın
energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi
çərçivəsində keçirdiyi görüş zamanı deyib.




Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06
milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər
isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.

“Bizim ölkə üçün Aktau-Bakı-Ceyhan marşrutu strateji əhəmiyyət
daşıyır. Eyni zamanda strateji ehtiyat qismində Bakı-Supsa
istiqamətindən istifadə qalmaqdadır”,- deyə nazir qeyd edib.