ABŞ Polşaya F-35 qırıcıları üçün yeni raketlər satacaq

Baş səhifə

Bakı. Trend:

Varşava ABŞ-dən tədarük edilən “F-35” qırıcıları üçün
Vaşinqtondan ən son AIM-120D AMRAAM raketlərini alacaq.

Trend-in məlumatına görə, bu barədə Polşanın müdafiə naziri
Vladislav Kosinyak-Kamış bildirib.

“Polşa tərəfindənF-35 döyüş təyyarələri üçün ən son AIM-120D
AMRAAM radarla idarə olunan hava-hava raketlərini aldığını
təsdiqlənib”, – deyə V. Kosinyak-Kamış qeyd edib.




Onun sözlərinə görə, Polşa yeganə ölkədir ki, bu silahı əldə
etmək imkanı əldə edib.

“Bu, “F-35″ təyyarələrini dünyada hamıdan ən təchizatlı edəcək,
çünki raketin bu versiyasına yalnız Polşa və ABŞ-ın çıxışı olacaq”,
– nazir əlavə edib.