Bu ölkədə xəstəlik daşıyıcısı olan ağcaqanadlar aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Alimlər iqlim dəyişikliyi səbəbindən Böyük Britaniyada tropik
xəstəlik daşıyıcısı olan ağcaqanadların yayıla biləcəyi barədə
xəbərdarlıq ediblər.

Trend bu barədə ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir.




Məlumata görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi
Agentliyinin tədqiqat qrupları ölkədə iki təhlükəli növün: misir
ağcaqanadının və Asiya pələngi və ya meşə ağcaqanadının izinə
düşüblər.

Bu ağcaqanadlar ilk dəfə ölkədə qeyri-yerli həşəratların
aşkarlanması üçün qurulmuş xüsusi tələ vasitəsilə aşkarlanıb.