Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub, 370 hərbçi azad edilib

Baş səhifə

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Kiyevə 185 ukraynalı hərbçini qaytarıb. Əvəzində Ukrayna tərəfi də Moskvaya 185 rusiyalı hərbçini təhvil verib.