Astanada “Digital Bridge 2025” Forumu start götürüb (FOTO)

Baş səhifə

Astana. Trend:

Qazaxıstanın paytaxtı Astana şəhərində “Digital Bridge 2025”
forumu öz işinə başlayıb. Forum rəqəmsallaşma, innovativ
texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunub və
“Dayanıqlı inkişaf naminə rəqəmsal transformasiya” şüarı altında
keçirilir.

Trend-in xüsusu
müxbiri xəbər verir ki, Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi ilə
Beynəlxalq İnformasiya Texnologiyaları İttifaqının birgə təşkil
etdiyi yüksək səviyyəli forumda 80-dən çox ölkənin IT qurumlarının
rəhbərləri, beynəlxalq təşkilatlar və analitik mərkəzlərin
nümayəndələri, həmçinin rəqəmsal iqtisadiyyat və innovasiyalar
sahəsində aparıcı ekspertlər iştirak edirlər.




Forumun proqramına plenar iclaslar, mövzu sessiyaları, yüksək
səviyyəli dialoqlar, master-klaslar (ustad dərsləri) və rəqəmsal
texnologiyalar sahəsində gənc mütəxəssislər və tədqiqatçılar üçün
seminarlar daxildir.

Qeyd edək ki, “Digital Bridge” forumu qlobal və regional
rəqəmsallaşma problemlərinin, süni intellektin və yeni
texnologiyaların inkişafının müzakirəsi üçün platformadır və
hökumət, biznes, elmi dairələr və sahə ekspertlərinin yüksək
səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilir.