III MDB Oyunları: Badmintonda qarışıq komanda yarışlarının qalibi müəyyənləşib

Baş səhifə
III MDB Oyunları: Badmintonda qarışıq komanda yarışlarının qalibi müəyyənləşib

III MDB Oyunları çərçivəsində badminton yarışlarının qarışıq komandalar arasında mübarizənin qalibi müəyyənləşib.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, finalda Özbəkistan Rusiya ilə qarşılaşıb.

Qəbələ Olimpiya Kompleksində baş tutan görüşdə Rusiya komandası qalib gəlib – 3:0.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 4-də yekun vurulacaq.