
Bakı. Trend:
Mütləq Döyüş Çempionatının (UFC) iki çəki kateqoriyasında keçmiş
çempionu Konor Makqreqor UFC-nin Ağ Evdə keçiriləcək yubiley
turnirində qəfəsə çıxacağını elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Makqreqor şəxsən “Fox News” telekanalının aparıcısı Şon
Hennitiyə açıqlama verib.
“Müqavilə bağlanıb, imzalanıb və aidiyyəti üzrə çatdrılıb,
Makqreqor Amerikanın 250 illiyi münasibətilə Ağ Evdə döyüşəcək”,-
deyə irlandiyalı döyüşçü bildirib.
Bundan əvvəl UFC rəhbəri Dana Uayt Trampın razılığı ilə Ağ Evdə
keçiriləcək turnirin 2026-cı ilin iyul ayında planlaşdırıldığını
söyləmişdi.


