Ağdamda yanğın olub, xəsarət alanlar var

Baş səhifə
Ağdamda yanğın olub, xəsarət alanlar var

Ağdamın Quzanlı qəsəbəsində baş verən yanğın zamanı xəsarət alanlar var.

“Report”un Qarabağ bürosunun məlumatına görə, yanğın qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zananı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Evdə baş verən yanğın FHN-in yanğınsöndürmə briqadası tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.