ETSN və FAO arasında ətraf mühit məsələləri müzakirə olunub

Baş səhifə
ETSN və FAO arasında ətraf mühit məsələləri müzakirə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi ilə əlaqədar Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə ETSN və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.