Dünyada 3 milyarda yaxın insan layiq olduğu evlə təmin olunmayıb – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Dünyada bu gün 3 milyarda yaxın əhali layiq olduğu ev, mənzil
şəraiti ilə təmin olunmayıb.

Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025)
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.




O vurğulayıb ki, gələn ilin may ayında Bakıda keçiriləcək Dünya
Şəhərsalma Forumunda iqlim dəyişikliyinə həsr olunmuş mövzu da
müzakirə ediləcək.

Komitə sədrinin sözlərinə görə, forumda evlə, mənzillə təminat
problemi əsas mövzu olacaq: “Dünyada bu gün 3 milyarda yaxın əhali
layiq olduğu ev, mənzil şəraiti ilə təmin olunmayıb. Ona görə də
hər kəsə layiqli yaşayış yeri təyin etmək əsas ana xətt olacaq.
Amma yenə də şəhərlərdə, yaşayış məntəqələrində mənzil,
qeyri-yaşayış tikintisini apararaq, biz həmçinin iqlimə təsir
barədə düşünməliyik”.