AMB İran rialı üzrə rəsmi məzənnəni açıqlamağı dayandırdı

Baş səhifə

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanmasını dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb. Analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.