
Avropa Komissiyası (AK) Ukraynaya 4 milyard avro məbləğində yeni tranş ayırıb.
“Report”un məlumatına görə, bu barədə AK-nın məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, bu məbləğ dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ayrılıb. Vəsaitlər ölkənin müdafiə sektorunun dəstəklənməsinə yönəldiləcək, onlardan 2 milyard avro pilotsuz uçuş aparatları sahəsinə ayrılacaq.
Avropada dondurulmuş Rusiyanın suveren aktivlərinin böyük hissəsi – 200 milyard avrodan bir qədər çox – Belçikada Euroclear depozitariyasının platformasında bloklanıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


