Beynəlxalq kitab sərgisi Azərbaycan üçün böyük elmi, mədəni hadisədir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.
O bu kimi sərgilərin ölkədə çap mədəniyyətindən tutmuş oxu mədəniyyətinə qədər hər bir prosesin inkişafına xidmət etdiyini ifadə edib.
Akademik hər il keçirilən beynəlxalq kitab sərginin yüksək təşkitalçılıqla baş tutduğunu bildirib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu isə kitabın Azərbaycan vətəndaşının həyatında həmişə önəmli rol oynadığını deyib.
Deputat bir həftə davam edəcək beynəlxalq sərgini mədəni hadisə adlandırıb.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva da, öz növbəsində, təəssüratlarını bölüşüb.
Ombudsman sərgidə 250-dən çox tədbirin keçirilməsinin planlaşdırıldığını deyib.
“Bu kimi sərgilər mədəni maarofləndirmə prosesi üçün çox böyük təşəbbüsdür. Bu, cəmiyyətdə hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına töhfə verir”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

