Bakı. Trend:
Almaniyanın Münhen şəhərində partlayışlar baş verib. Hal-hazırda
şəhərin polis və yanğınsöndürənləri hadisə yerlərinə səfərbər
olunublar.
Trend bu barədə
Almaniya KİV-ə istinadən xəbər verir.
Hüquq mühafizə orqanları sakinlərin insidentin yaşandığı
ərazidən uzaq durmağa çağırıb. Hazırda zərərçəkənlər barədə məlumat
yoxdur. Hadisənin təfərrüatları haqda məlumat verilmir.

