UEFA Çempionlar Liqasında II tura bu gün yekun vurulacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının II turunun son oyunları
keçiriləcək.

Trend xəbər verir
ki, gün ərzində ümumilikdə 9 görüş baş tutacaq.

Təmsilçimiz “Qarabağ” evdə Danimarkanın “Kopenhaqen” klubunu
qəbul edəcək. “Atletik Bilbao” isə Almaniyanın “Borussiya Dortmund”
komandasının qonağı olacaq.

“Mançester Siti” səfərdə “Monako” ilə qarşılaşacaq.




Günün mərkəzi oyunu isə Barselonada keçiriləcək. Burada yerli
“Barselona” Fransa nəhəngi “PSG” ilə qarşılaşacaq.

Qeyd edək ki, III turun oyunları oktyabr ayının 21-22 də
keçiriləcək.

“Sent-Jilluaz” – “Nyukasl Yunayted”
“Qarabağ” – “Kopenhaqen”
“Barselona” – “PSG”
“Monako” – “Mançester Siti”
“Arsenal” – “Olimpiakos”
“Vilyareal” – “Yuventus”
“Borussiya Dortmund” – “Atletik Bilbao”
“Napoli” – “Sportinq”
“Bayer Leverkuzen” – “PSV”