
Bakı. Trend:
ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.
Trend-in
məlumatına görə, Senat federal maliyyələşdirmənin uzadılmasına dair
razılıq əldə etmədiyi üçün federal hökumət oktyabrın 1-də yerli
vaxtla saat 00:01-dən (Bakı vaxtı ilə 08:00) şatdaunla üzləşib.
Sonuncu dəfə oxşar hadisə 7 il əvvəl, ABŞ Prezidenti Donald
Trampın ilk prezidentlik dövründə baş vermişdi.
Şatdaunun nə qədər davam edəcəyi hələlik məlum deyil. Oktyabrın
1-i gündüz saatlarında senatorlar hökumətin maliyyələşdirilməsinin
uzadılması ilə bağlı səsvermə üçün yenidən toplaşacaqlar.


