
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS-ın Qəzzada vəziyyətin sülh yolu ilə həllinə dair onun təşəbbüsünə cavab verməsi üçün cəmi bir neçə günü var.
Bu barədə “Report” “Ynet”ə istinadən məlumat verir.
“Cavab vermək üçün üç-dörd gününüz var. Biz HƏMAS-dan müsbət cavab gözləyirik”, – Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əgər HƏMAS təklifi rədd etsə, “İsrail etməli olduğunu edəcək”.
“HƏMAS-la danışıqlar üçün imkanlar məhduddur”, – ABŞ lideri vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


