Ərəb və müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planını dəstəkləyən birgə bəyanat yayıb.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir, İordaniya, İndoneziya, Pakistan, Türkiyə XİN-ləri birgə bəyanat yayaraq, hərtərəfli saziş vasitəsilə Qəzzada müharibəni dayandırmaq üçün Birləşmiş Ştatlarla işləməyə sadiq olduqlarını təsdiqləyiblər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

