Region
- 30 sentyabr, 2025
- 13:54

Ermənistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını alqışlayır.
“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in “X” hesabında dərc olunmuş bəyanatında deyilir.
“Biz ABŞ Prezidenti Donald Trampın Qəzza böhranına son qoyulması ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Ermənistan tərəflərin bu təklifi reallaşdıracağına və sülhün dərhal bərqərar olacağına ümid edir”, – bəyanatda qeyd olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


