ADY ixrac gəlirlərini artırıb

Baş səhifə

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir

Bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 1 milyon 233 min ABŞ dolları və ya 5,6 dəfə çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında ADY-nin ixrac gəlirləri 266,3 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.