İqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyət planı tərtib olunub

Baş səhifə

İqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyət planı tərtib olunub.

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (UNFCCC) COP30 üçün yüksək səviyyəli çempionu Dan Ioschpe “Bakı İqlim Faəliyyəti Həftəsi” platformunun ikinci günündəki video müraciətində deyib.

“Bizim ümumi bir qlobal iqlim fəaliyyəti planımız var. Bundan başqa, ölkələr üzrə milli adaptasiya planları hazırlanır. Biz gördüyümü tədbirlərin effektivliyini izləmək və hesablamaq üçün müəyyən işlər görəcəyik”-yüksək səviyyəli nümayəndə qeyd edib.

O, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində bir neçə beynəlxalq qurumun öz vədlərini reallığa çevirdiyini və lazımi investisiyaları həyata keçirdiyini, beləliklə də milyonlarla insanın həyatına müsbət təsir göstərdiyini qeyd edib.

Dan Ioschpe iqlim dəyişikliyi ilə mübarizədə daha çox maliyyə dəstəyinin vacib olduğunu vurğulayıb.