Almaniya artıq sülh şəraitində yaşamır – Fridrix Merts

Baş səhifə

Bakı. Trend:

Almaniya hazırda sülh şəraitində yaşamır.

Trend-in
məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts
bildirib.

O, Almaniya üçün silahlı münaqişə riskini nə dərəcədə yüksək
qiymətləndirdiyi sualını şərh edib.




“Bunu ilk baxışda bir az sarsıdıcı görünə biləcək bir cümlə ilə
demək istəyirəm, amma dediklərimi tam olaraq nəzərdə tuturam: biz
müharibə vəziyyətində deyilik, amma artıq sülh şəraitində deyilik”,
– deyə o qeyd edib.

“Biz tamamilə fərqli bir dünyada yaşayırıq”, – deyə F.Merts
vurğulayıb.