
Pentaqon Amerikanın iri silah istehsalçısı “RTX Corporation”ın törəmə şirkəti olan “Raytheon” şirkəti ilə “Coyote” pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün 5 milyard dollarlıq müqavilə imzalayıb.
“Report”un məlumatına görə, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin dərc etdiyi bildirişdə deyilir.
Sənəddə bildirilir ki, vəsait buraxılış qurğuları, PUA-ların özləri və radiolokasiya stansiyalarının istehsalına ayrılır. Dəqiq həcmlər göstərilmir. Müqavilənin 2033-cü il sentyabrın 28-də başa çatması gözlənilir.
Bu PUA iki versiyada mövcuddur: düşmən PUA-larına zərbə endirmək və kəşfiyyat, müşahidə və hədəfi təyin etmək və s. üçün.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


