“Beşiktaş” “Kocaelispor”u məğlub edib – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Türkiyə Superliqasında VII turun oyunlarından biri baş
tutub.

Trend-in
məlumatına görə, “Beşiktaş” öz meydanında “Kocaelispor”u qəbul
edib.

Matçın 4-cü dəqiqəsində Rafel Silva hesabı açaraq komandasını
önə keçirib – 1:0. 10-cu dəqiqədə Vatslav Çernı fərqi iki topa
yüksəldib.




50-ci dəqiqədə isə Tayfur Bingöl qonaqların hesab arasındakı
fərqi azaltmasına nail olub. Görüşün 90+3-cü dəqiqəsində “Beşiktaş”ın futbolçusu Aleksandr Sirota son nöqtəni qoyub –
3:1.

Nəticədə “Beşiktaş” aktivinə 12 xal əlavə edərək beşinci pilləyə
yüksəlib. “Kocaelispor” isə 2 xalla sonuncu yerdə qalıb.