Azərbaycan atıcısı: “Hədəfim qızıl medal qazanmaqdır”

Baş səhifə
Fərdi

  • 29 sentyabr, 2025
  • 18:53
Azərbaycan atıcısı: Hədəfim qızıl medal qazanmaqdır

III MDB Oyunlarında stend atıcılığı (“trap” növü) üzrə yarışlarda ikinci yeri tutan atıcısı Mürtəza Novruzlunun hədəfi qızıl medal qazanmaqdır.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu idmançı jurnalistlərə açıqlamasında deyib.

O, finalın gərgin və maraqlı keçdiyini bildirib:

“MDB Oyunlarının ölkəmizdə keçirilməsi müsbət haldır. Yarışların Azərbaycanda olması məsuliyyətimizi bir qədər də artırır. Final gərgin və maraqlı keçdi. İlin əvvəlindən bu turnirə hazırlaşırdıq. Yaradılan şəraitdən razıyam. Gümüş medal qazandığım üçün sevincliyəm. Özümü xoşbəxt hiss edirəm. Qarşıda yarışlar var. Hədəfim qızıl medal qazanmaqdır”.

Qeyd edək ki, bu gün Nərmin Cəfərova və Mürtəza Novruzlu stend atıcılığı üzrə yarışda gümüş medal qazanıblar. Atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.