Putinin Şimal-qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

Baş səhifə

Rusiya prezidenti Vladimir Putin şimal-qərb Federal Dairəsinə yeni səlahiyyətli nümayəndə təyin edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putinin fərmanı ilə Tver qubernatoru İqor Rudenya prezidentin Şimal-Qərb Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Qeyd edək ki, RF prezidentinin Şimal Qərb Federal Dairəsi üzrə bundan öncəki səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan Baş Prokuror vəzifəsinə təyin olunub.