Sumqayıtda avtobus yanıb, xəsarət alan olmayıb (YENİLƏNİB)(VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş
verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər
Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş
vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən
qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.

Xəsarət alan yoxdur.

***




12:06

Bakı.Trend:

Sumqayıt şəhər altıncı mikrorayon ərazisində 2 saylı müntəzəm
marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın
başlayıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki,hadisə yerinə dərhal Sumqayıt Yanğından Mühafizə
Xidmətinin əməkdaşları cəlb ediliblər:

“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər
görülür”.