Bakı. Trend:
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər
saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin
xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2
naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
“Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb,
xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində “90-BJ-616″ dövlət qeydiyyat nişanlı
avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri –
1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il
təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində
saxlanılıb”
Qeyd olunub ki, ilkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə
ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək
məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

