Bakı. Trend:
ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə
atışma baş verib.
Trend CNN-ə
istinadən xəbər verir ki, insident nəticəsində bir neçə nəfər
xəsarət alıb. Atəş açan şəxs isə hüquq-mühafizə orqanları
tərəfindən zərərsizləşdirilib.
Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları
əhalini təhlükəsizlik məqsədilə hadisə baş verən ərazidən uzaq
durmağa çağırıb.
Hazırda hücumun nəticələrinin aradan qaldırılması istiqamətində
işlər davam etdirilir.

