- 28 sentyabr, 2025
- 21:17

Misli Premyer Liqasında VI tura yekun vurulub.
“Report”un məlumatına görə, sonuncu matçda “Sabah” “Sumqayıt”ı qəbul edib.
“Bank Respublika Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
“Bayquşlar”ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “gənclik şəhəri” təmsilçisi üçüncü pillədə qərarlaşıb. “Sabah” 8 xalla yeddincidir.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Kəpəz”i üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, VI turda “Qarabağ” “Qəbələ”ni məğlub edib – 2:0. “İmişli” – “Zirə” və “Şamaxı” – “Araz-Naxçıvan” görüşləri 1:1 hesabı ilə yekunlaşıb. “Neftçi” – “Karvan-Yevlax” oyununda qol vurulmayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

