Bakı. Trend:
Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə baş
verən torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib,
bir neçə nəfər isə xəsarət alıb.
Trend-in yerli
mediaya istinadla verdiyi xəbərə görə, hadisə cümə axşamı Maro
bölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəng
qayanın mədən üzərinə aşması nəticəsində baş verib.
Xilasetmə işlərində iştirak edən mədənçilərdən biri Sani Lavali
bildirib ki, indiyədək 18 nəfərin cəsədi çıxarılıb, 5 nəfər isə
müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun sözlərinə görə, 12 fəhlə hələ də mədəndə qalıb və onların
taleyi naməlumdur. Xilasetmə əməliyyatı davam edir.

