Bakı. Trend:
Hindistanın cənubundakı Tamilnad əyalətinin Karur şəhərində
mitinq zamanı baş verən izdihamda ölənlərin sayı 39-a çatıb, 100-ə
yaxın yaralı var.
Trend xəbər verir
ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Bundan əvvəl 33 nəfərin öldüyü bildirilirdi. Polis hadisə ilə
bağlı araşdırma aparır.
İlkin məlumatlara görə, təşkilatçılar minlərlə nəfərlik
toplantının iştirakçılarını su və yeməklə təmin etməyiblər. Hadisə
yerinə təcili yardım maşınlarının çatması da mümkün olmayıb.

