III MDB Oyunlarında Azərbaycan növbəti medalını qazanıb

Baş səhifə

Bakı. Trend:

III MDB Oyunlarında Azərbaycan növbəti medala sahib olub.

Trend xəbər verir
ki, üzgüçülük üzrə qadınların yarışında 100 metr məsafəyə “butterfly” üsulla üzmədə Mehri Əbdülrəhmanlı 3-cü yeri tutub.




Yarışda Rusiya təmsilçisi Yevgenia Sadovnikova qızıl, Qazaxıstan
idmançısı Taissiya Korotkova isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, bu, III MDB Oyunlarında üzgüçülük üzrə
Azərbaycanın ilk, ümumilikdə isə 4-cü medalıdır. Hazırda Azərbaycan
2 gümüş və 2 bürünc medala malikdir.