Azərbaycanda şüşə istehsalı azalıb

Baş səhifə

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 694 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.

Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 555 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 10 milyonkvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 14,3 % çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.