
Xaçmaz rayonunda yol qəzası baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, “Mitsubishi Pajero” markalı minik avtomobili rayon ərazisindən keçən “Ağçay” çayına düşüb.
İlkin məlumata görə, minik avtomobilində olan altı nəfər ağır bədən xəsarətləri alıb.
Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


