Marqarita Simonyanın əri ÖLDÜ

Baş səhifə

Rusiyanın əməkdar artisti, teleaparıcı və kinorejissor Tiqran Keosayan doqquz aylıq komadan sonra bu gün 60 yaşında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Onun həyat yoldaşı, RT telekanalının rəhbəri Marqarita Simonyan ərinin ölümünü Teleqram kanalında təsdiq edib.

Qeyd edək ki, anti-Azərbaycan çıxışları ilə yadda qalan Marqarita Simonyanın özü də xərçəng xəstəliyindən əziyyət çəkir. O bu yaxınlarda süd vəzisindən əməliyyat olunub.