Xankəndidə evdə başlayan yanğının qarşısı alınıb

Baş səhifə
Xankəndidə evdə başlayan yanğının qarşısı alınıb

Xankəndi şəhərində qeydə alınan yanğının genişlənməsinin qarşısı alınıb.

“Report”un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi şəhər ərazisində yaşayış olmayan evlərdən birində qeydə alınıb.

Tikililər yaxın olduğu üçün, yanğının ətrafa yayılma riskinə böyük olub. Hadisə yerinə FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb yanğının səbəbi araşdırılır