Rəqəmsal həllər və lokal innovasiyalar Azərbaycanda külək parklarının effektivliyini artıracaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda külək enerjisinin səmərəliliyini artırmaq üçün
rəqəmsal həllərin tətbiqi və yerli innovasiyaların dəstəklənməsi
vacibdir.

Trend xəbər verir
ki, bunu “Azərbaycan-Mərkəzi Asiyanın Yaşıl Enerji Həftəsi”
çərçivəsində “ACWA Power”in NOMAC külək parklarının istismar və
texniki xidmət üzrə direktoru Radjukumar Qopalsami bildirib.

Onun sözlərinə görə, “virtual beyin” funksiyasını yerinə yetirən
mərkəzləşdirilmiş monitorinq stansiyaları turbinlərin məsafədən
idarə olunmasına, onların küləyin sürəti və istiqamətinə uyğun
tənzimlənməsinə imkan verir və beləliklə enerji istehsalını
maksimum səviyyəyə çatdırır.




“Vacib element tərəfdaş şirkətlər tərəfindən təqdim olunan
günlük, həftəlik və aylıq proqnozların istifadəsidir. Bu,
off-teykerlərin yükü effektiv planlaşdırmasına və
dispetçerləşdirmənin optimallaşdırılmasına kömək edir”, – deyə o
qeyd edib.

Qopalsami vurğulayıb ki, Azərbaycanda həmçinin yerli təkərlər,
komponentlər istehsalını inkişaf etdirmək və logistika dəstəyi
təmin etmək vacibdir: “Bu, ölkədə avadanlıq istehsalçıları və bərpa
olunan enerji sektorunun iştirakçıları üçün əlavə imkanlar
yaradacaq”.