Türkiyənin Kemer bölgəsində hotelin tavanı uçub

Baş səhifə
Region

  • 26 sentyabr, 2025
  • 11:35
Türkiyənin Kemer bölgəsində hotelin tavanı uçub

Türkiyənin Kemer bölgəsində yerləşən Göynük kurort rayonunda 5 ulduzlu “Transatlantik Hotel & SPA” hotelinin tavanı turistlərin üzərinə uçub.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri şahidlərə istinadən məlumat yayıb.

Hotelin qonaqlarının əksəriyyəti ruslardır. Hadisə səhər yeməyi zamanı baş verib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

İlkin məlumata görə, tavan hoteldə rütubət səbəbindən uçub.