
ABŞ-nin Oreqon ştatının sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə EMCS-in məlumatında deyilir.
Zəlzələnin episentri Kus-Bey liman şəhərindən 230 km qərbdə, ocağı 10 km-dən artıq dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


