Külli miqdarda narkotik vasitə – metadon aşkar edilib

Baş səhifə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq – Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.