ABŞ Almaniyaya 1,23 milyard dollarlıq AMRAAM raketləri satışını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Almaniyaya AMRAAM hava-hava raketləri və
müvafiq avadanlıqların ümumilikdə 1,23 milyard dollar dəyərində
mümkün satışını təsdiqləyib.

Trend xəbər verir
ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat
yayıb.




Açıqlamaya görə, Almaniya səlahiyyətliləri ABŞ hökumətindən və
podratçılardan 400 ədəd raket, 12 istiqamətləndirmə sistemi,
həmçinin digər əlaqədar avadanlıq, proqram təminatı və raketlərə
texniki yardım tələb etmişdi. Sövdələşmənin ümumi dəyəri 1,23
milyard dollar olaraq qiymətləndirilir.

Bəyanatda qeyd olunur ki, silahların Almaniyaya satışı NATO
müttəfiqinin müdafiəsini gücləndirəcək və ABŞ-ın xarici siyasət və
milli təhlükəsizlik məqsədlərinə töhfə verəcək.