Futbol
- 25 sentyabr, 2025
- 22:45
İngiltərənin “Arsenal” klubu müdafiəçisi Uilyam Salibanın müqavilə müddətini uzadacaq.
“Report” xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Oyunçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. Onun hazırkı müqaviləsinin vaxtı 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Uilyam Saliba 2022-ci ildən “Arsenal”da çıxış edir. O, cari mövsüm 4 oyunda meydana çıxıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

