Paşinyan və Lukaşenko münasibətlərindəki gərginliyə baxmayaraq əl sıxışıblar

Baş səhifə
Region

  • 25 sentyabr, 2025
  • 18:34
Paşinyan və Lukaşenko münasibətlərindəki gərginliyə baxmayaraq əl sıxışıblar

Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçirilən Qlobal Atom Enerjisi Forumunda münasibətlərindəki gərginliyə baxmayaraq, əl sıxışıblar.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Paşinyan və Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə forum iştirakçıları arasında qeyri-rəsmi görüşdə iştirak ediblər.

Qeyd edək ki, onlar arasında gərginlik bölgədəki vəziyyətə görə yaranıb, iki ölkənin xarici işlər nazirlikləri isə 2024-cü ilin iyununda qarşılılıq etiraz notaları veriblər.