Abşeron rayonunda toy karvanında avtoxuliqanlıq edən sürücü
saxlanılıb
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı
avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl
qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və
avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.
“Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan
Səfərli müəyyən edilərək saxlanılıb. Sürücü barəsində tədbir
görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün
məhkəməyə göndərilib”, – deyə nazirlikdən bildirilib.
Qeyd edilib ki, məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük
hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati
qaydada həbs olunub.

